İlin əvvəlindən 6 tondan çox narkotika müsadirə edilib
Cari ilin yanvar-oktyabr aylarında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8108 cinayət faktı aşkarlanıb. Onlardan 2577-si narkotik vasitələrin qanunsuz satışı, 5299-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 226-sı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 6-sı isə digər cinayətlərlə bağlı olub.
YeniAvropa xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü ilin yanvar-oktyabr aylarının yekununa dair məlumatında qeyd edilib.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 61 kiloqram 819,096 qram narkotik vasitələrin və psixotrop maddələrin 512 kiloqram 164,959 qramını heroin, 5 ton 8 kiloqram 382,751 qramını marixuana, 154 kiloqram 257,47 qramını tiryək, 38 kiloqram 852,443 qramını həşiş, 191 kiloqram 744,959 qramını psixotrop maddələr, 156 kiloqram 416,514 qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövrdə 37 min 317 metadon həbi, 15 min 272 çətənə kolu, 44 qram və 240 həb güclü təsir edən maddə, 10 qram prekursor qanunsuz dövriyyədən götürülüb.
Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1439,6 hektar sahədən yabanı halda bitmiş narkotik tərkibli 2 milyon 864 min 953 bitki müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələr və psixotrop maddələr ümumilikdə 145 milyon 389 min manat dəyərində qiymətləndirilir.
Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6247 nəfər cəlb olunub. Həmin şəxslərin 6066-sı kişi, 181-i qadın olub. Məsuliyyətə cəlb edilmiş 56 xarici ölkə vətəndaşından ümumilikdə 201 kiloqram 615,722 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 219 fakt aşkarlanıb. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 254 kiloqram 607,596 qram narkotik vasitə və psixotrop maddə, 37 min 317 metadon həbi, 1710 ədəd və 44 qram güclü təsir edən maddə çıxarılıb. Ümumilikdə, aşkarlanmış cinayətlərin 280-i qrup halında törədilib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən 2 ton 133 kiloqram 174,251 qram və 13 min 220 metadon həbi narkotik vasitə, psixotrop maddə və 85,3 qram güclü təsir edən maddə müsadirə olunub.
Əvvəllər məhkum olunmuş şəxslər tərəfindən 2653 cinayət faktı törədilib. Onlardan 1 ton 809 kiloqram 573,4 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 1184, narkotiklərin qanunsuz satışı ilə bağlı faktların sayı 482, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 611, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 67, digər növ cinayət faktların sayı 24, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 24 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 479 kiloqram 781,116 qram, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 843 nəfər azalıb. Bununla yanaşı, qrup halında olan cinayətlərin sayı 9 fakt artıb.
2023-cü ilin 10 ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövründə qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin, o cümlədən heroinin çəkisi 1 ton 371 kiloqram 953,45 qram(72,8 faiz), tiryəkin çəkisi 102 kiloqram 294,165 qram (39,9 faiz), həşişin çəkisi 14 kiloqram 601,551 qram (27,3 faiz), kokainin çəkisi 750,831 qram (100 faiz), psixotrop maddələrin çəkisi 196 kiloqram 742,687 qram (50,7 faiz) azalıb.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 5 ton 8 kiloqram 382,751 qramını (82,6 faiz) marixuana təşkil edib. Onun da 4 ton 360 kiloqramı (87 faiz) tərkibi maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. Həmçinin 648 kiloqram (13 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində, istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin aprelin 16-17-də Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası 1741 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilən 3 ton 430 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə, 60 min 189 metadon həb, narkotik xassəli 58 min 773 çətənə bitkisi, həmçinin 3477 həb, 19 min 341 kapsul, 24 flakon, 4 ampula, 81,446 qram güclü təsir edən maddə, eyni zamanda, cari il iyulun 22-də Dövlət Sərhəd və Dövlət Təhlükəsizliyi xidmətlərində saxlanılan 17 cinayət işi üzrə barəsində məhvetmə qərarı qəbul edilib, 248 kiloqram 293,151 qram müxtəlif növ narkotik vasitələr yandırma üsulu ilə məhv edilib.
Həmçinin 39 rayon və şəhərdə qanunvericiliyə uyğun olaraq 1719 hökm və qərar üzrə az və xeyli miqdarda müsadirə edilən müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən çətənə bitkisi rayon və şəhər komissiyaları tərəfindən yandırma yolu ilə məhv olunub.
Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 74 min 625 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2545 nəfərdən 1635-nin istifadəçi olması müəyyənləşdirilib və bununla bağlı zəruri tədbirlər görülüb.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 331, QİÇS-lə Mübarizə Mərkəzində 386, Sumqayıt Narkoloji Mərkəzində 149 nəfər) 866 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yeni yoluxma hadisələrinin sayında azalma müşahidə edilir. Cari il oktyabrın sonunadək İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 58 nəfəri inyekson narkotik istifadəçiləri olub.
Cari ilin yanvar-oktyabr ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 1542 vətəndaş müraciəti daxil olub. Onların 139-u narkotik vasitələrin qanunsuz dövriyyəsi, 108-i narkotik asılılıqdan müalicə, 1295-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Həmin müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 247 məktub ünvanlanıb.
“02” qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilib, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb, qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.
Hesabat dövründə Dövlət Komissiyasının işçi qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 147 tədbir (69 maarifləndirici və təşkilati tədbir, 66 təlim, 6 sosial layihə, 1 intellektual müsabiqə, 1 marafon və televiziya kanalında 4 verilişdə iştirak) təşkil edilib.
Azərbaycanın daha 3 şəhərdə baş konsulları təyin edilib
NATO Baltik dənizində təlimlərə başlayıb
Azərbaycanın Batumi şəhərində yeni baş konsulu təyin edilib
Türk dövlətləri QHT-lərin Forumunun keçirilməsi çox önəmlidir-Aygün Əliyeva
Gələn həftə Gürcüstanın yeni hökumətinin tərkibi açıqlanacaq
Gələn il dövlət büdcəsindən kənd təsərrüfatına 1,2 milyard manat ayrılacaq
Sabay Bakıda qısamüddətli yağış yağacaq,16° isti olacaq
İlin əvvəlindən 6 tondan çox narkotika müsadirə edilib
Azərbaycan-Gürcüstan səhiyyə əməkdaşlığı müzakirə olunub
Ermənistana görə Azərbaycan müdafiə xərclərini artırır-Samir Şərifov
Paşinyan bir sıra məmurları vəzifəsindən uzaqlaşdırıb
Almaniya ABŞ-ın Rusiya ərazisinə zərbə endirmək barədə qərarını dəstəkləyib
Cari ildə Azərbaycan Avropaya 10,6 milyard m3 qaz satıb
Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi müzakirə edilir
İlham Əliyev Rusiyanın maliyyə naziri ilə görüşüb
Azərbaycanda cari ilidə 41,5 milyard m3 qaz hasil edilib
BMT-nin baş katibi "G20" ölkələrini "COP29"u dəstəkləməyə çağırıb
11 ölkə "COP29"a ikiillik şəffaflıq hesabatını təqdim edib
COP29: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır
Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb