Bakıda Mahatma Qandinin anadan olmasının 150-ci ildönümü qeyd edilib
Hindistanın Azərbaycandakı səfirliyi ölkəsində sülhün və qeyri-zorakılığın müdafiəçisi, azadlıq hərəkatının lideri Mahatma Qandinin anadan olmasının 150-ci ildönümü münasibətilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tədbir keçirib.
YeniAvropa xəbər verir ki, tədbirdə Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, BMT-nin Rezident Əlaqələndiricisi Qulam İsakzai, Milli Məclisin deputatları Jalə Əliyeva və Qənirə Paşayeva çıxış ediblər.
Çıxışçılarda qeyd olunub ki, Mahatma Qandi Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndəsi idi. Onun fəlsəfəsinin əsasını zorakılıqla mübarizə və sülhün təbliği təşkil edib. O, bütün dinlərin bərabər olduğuna inanır, Cənubi Afrikada hind toplumunun vətəndaşlıq haqları uğrunda sülhsevər mübarizə aparırdı. Afrikadan Hindistana qayıtdıqdan sonra yoxsul əkinçiləri və fəhlələri ağır vergi siyasətinə və ayrı-seçkiliyə qarşı təşkilatlandırıb. Hindistan Milli Konqresinin liderliyini öz üzərinə götürərək yoxsulluğun azaldılması, qadın azadlıqları, müxtəlif din və etnik qruplar arasında qardaşlıq, kasta və toxunulmazlıq ayrı-seçkiliyinə son qoyulması, ölkənin özünü iqtisadi baxımdan təmin etməsi və ən önəmlisi Hindistanın müstəmləkə vəziyyətindən qurtulması istiqamətində mühüm işlər görüb.
Bildirilib ki, Mahatma Qandi Böyük Britaniyanın Hindistandan aldığı duz vergisinə qarşı 1930-cu ildə təşkil etdiyi "Duz yürüşü" ilə xalqının müstəmləkəçiliyə qarşı mübarizəsinə rəhbərlik edib. Dünyəvi həyatdan uzaq yaşayaraq sadə bir ömür sürüb. O, topluma xidmət edən hər kəsin sadə həyat yaşamalı olduğuna inanıb, mənəvi təmizliyi hər şeydən uca tutub.
Tədbir bədii hissə ilə davam edib.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb