Milli İnternet Mükafatı – "MilliNet2018" uğrunda mübarizə başladı
Oktyabrın 5-dən Milli İnternet Mükafatı - "MilliNet2018" uğrunda mübarizəyə start verilib.
"MilliNet"in Təşkilat Komitəsindən YeniAvropa-ya bildiriblər ki, iddiaçılar www.millinet.az saytında qeydiyyatdan keçərək saytlarını, mobil tətbiqlərini və sosial media resurslarını təqdim edə bilərlər. Ötən illərdə "Milli Net"də qeydiyyatdan keçənlər həmin hesablarla sistemə daxil ola bilərlər.
Bu il "MilliNet2018" yarışması saytlar, mobil tətbiqlər və sosial media resurslarından ibarət olmaqla 19 nominasiya üzrə keçiriləcək. Saytların qiymətləndirilməsini üç istiqamət üzrə (kontent, dizayn və texnoloji) peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla Azərbaycan İnternet Forumu tərəfindən formalaşdırılan münsiflər heyəti aparacaq. Mobil tətbiqlər və sosial media resurslarını isə ekspertlər və sahə üzrə mütəxəssislər qiymətləndirəcək. Hazırda münsiflər heyətinin və ekspertlərin formalaşdırılması prosesi davam edir.
Müsabiqəyə texniki və informasiya dəstəyi üçün "MilliNet TK" tərəfindən media support və moderatorlar qrupu yaradılıb. Qaydalara uyğun olaraq münsiflərə hər hansı aidiyyəti olan saytların müsabiqədə iştirakına yol verilmir.
Münsiflər heyətinin yekun səsvermə zamanı verdiyi səslər müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az saytında yerləşdirilir.
Qiymətləndirmə prosesi iki mərhələdə həyata keçirilir. Yekun səsvermədə münsiflər hər bir sayt üzrə verdikləri qiymətləri əsaslandırırlar. Müsabiqədə 19 nominasiyanın hər biri üzrə qalib gələnlərə "Milli Net"in xüsusi mükafatı – hörümçək toru əks olunan buta, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən "Milli Net"in keçirilməsində məqsəd Azərbaycan internetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resursları üzə çıxartmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirməkdən ibarətdir.
Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı noyabrın 20-də başa çatacaq. Qiymətləndirmə prosesi dekabrın 14-dək davam edəcək. Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin cari ilin dekabrın ayında keçirilməsi nəzərdə tutulub.
Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.
"MilliNet"in baş sponsoru "Azertelecom" şirkətidir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb