Rusiyanın “Uralskiye avialinii” aviaşirkəti oktyabrın 30-dan Nijnevartovsk-Gəncə-Nijnevartovsk reysini açacaq.
YeniAvropa xəbər verir ki, bu barədə aviaşirkətin saytında məlumat yerləşdirilib.
Yeni Nijnevartovsk-Gəncə-Nijnevartovsk marşrutu üzrə uçuş hər həftənin çərşənbə axşamı günləri yerinə yetiriləcək. Nijnevartovskdan U6-2501 reysi üzrə saat 09:35-də yola düşəcək hava gəmisi saat 13:10-da yerli vaxtla Gəncədə enəcək. Uçuş müddəti 4 saat 35 dəqiqədir. U6-2502 reys üzrə Gəncədən saat 15:00-da yola düşəcək təyyarə isə yerli vaxtla saat 20:10-da Nijnevartovskda enəcək. Uçuş müddəti 4 saat 10 dəqiqə təşkil edəcək.
Yeni xəttə “Ekonom”, “Biznes” salonları olan müasir və rahat “Airbus-A320” təyyarələri xidmət edəcək.