logo

Külək bal yarmarkasını uçurdu

11:53 05-10-2018 | icon 3094
Külək bal yarmarkasını uçurdu

Bu gün səhər saatlarından başlayan güclü külək Tofiq Bəhrəmov adına Respublika stadionunun qarşıssındakı qurulmuş çadırıları aşırdığı üçün bal yarmarkasıının açılışı baş tutmayıb.  YeniAvropa -nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yarmarkada iştirak edən sahibkarlar  çaşqınlıq içindədirlər.

Özünü Astara rayonundan gəlmiş arıçı kimi təqdim edən Şamxal Quliyev deyir ki, bunu məsuliyyəti təşkilatçılardadır.

"Dünəndən xəbərdarlıq edilmişdi ki, Bakıda güclü külək əsəcək. Adi bir dəmirdən gətirib çadırlar qurublar. O da küləyə dözməyib aşdı.  İndi biz nə edək? Qabaqcadan hər sahibkardan 200 manat yerpulu yığıblar , bu da nəticəsi. İndi də deyirlər. gözləyin.Güya Almaniya istehsalı olan yeri çadırlar gətitiləcək. Onu quraşdıranacan da gün bitəcək.Bəs bizim qazancımız nə olacaq? Gül kimi yerimiz var idi. Hər il "AMAY" ticarət mərkəzində yarmarka təşkil edilirdi və insanlar da mədəni şəkildə gəlib alver edirdilər. Bura Bakıdır. Bunun  yağışı , küləyi var- biz 1 ay bu çadırlarda necə dayanacağıq?. Təşkilatçılar məgər  bunu başa düşmürlər ki?",-deyə sahibkar hiddətini bildirib.

Xatırladaq ki, 19-cu arıçılıq məhsullarının sərgi-satış yarmarkasıda 371 sahibkar tərəfindən 150 tondan artıq  süzmə ball gətirilib. Yarmarka oktyabrın 5-dən 28-dək  davam edəcək.