XIX arıçılıq məhsullarının sərgi-satış yarmarkasına 371 sahibkardan 150 ton süzmə bal daxil olub.
YeniAvropa xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Asəf Ömərov oktyabrın 4-də Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkil etdiyi arıçılıq məhsullarının sərgi-satış yarmarkasına həsr olunmuş mətbuat konfransında deyib.
Yarmarkaya gətirilən balın 5 tonu çərçivə halındadır. Daha çox arı məhsulları Astaradan və Aran iqtisadi rayonundan daxil olub. Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qalib Əbdüləliyev 3974 bal nümunəsinin ekspertizadan keçirildiyini və təqribən 900 nümunənin keyfiyyətsiz olduğunun aşkar edildiyini söyləyib.
Qeyd edək ki, arıçılıq məhsulları yarmarkası oktyabrın 5-dən 28-dək Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək.