logo

Qızına 400 minə toy etmiş baş direktor vəzifəsindən azad olundu

10:22 04-10-2018 | icon 2919
Qızına 400 minə toy etmiş baş direktor vəzifəsindən azad olundu

Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.

YeniAvropa xəbər verir  ki, bununla bağlı şəhər İcra Hakimiyyəti başçısının müavini, BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov əmr imzalayıb.

Həlılik həmin vəzifəyə yeni təyinat olmayıb.

Bugünlərdə BŞİH-in bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində yoxlamalar aparılır.

Qeyd edək ki, prezident İLham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə  Eldar Əzizov BŞİH başçısının müavini vəzifəsinə təyin olunub.

Xatırladaq ki, sabiq baş direktorun adı mətbuatda qalmaqallı hadisələrdə hallanıb. Ötən il ölkə KİV-i Qüdrət Şükürovun qızına 400 min dollarlıq toy etdiyini yazmışdı.("Report")