“ASAN xidmət”də işə düzəltmək adı ilə dələduzluq edən şəxslər həbs olundu
Bəzi şəxslər tərəfindən şəffaf prosedurlar əsasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasına göstərilən dövlət dəstəyindən sui-istifadə halları müşahidə olunur ki, onlara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin YeniAvropa-ya daxil olan birgə məlumatında bildirilir ki, Dövlət Agentliyinin 1 saylı “ASAN xidmət” mərkəzində işə qəbulla bağlı vətəndaşlardan qanunsuz pul tələb edilməsi barədə Baş Prokurorluğa daxil olmuş vətəndaş müraciəti əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Dövlət Agentliyi ilə birgə aparılmış araşdırmalarla Nurəddin Quliyevin Zakir Məmmədov və Yasin Məmmədov ilə bir qrup şəxs halında ayrı-ayrı tanışlarını vəzifəli şəxsə rüşvət verilməklə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi müsabiqə və müsahibədən kənar “ASAN xidmət” mərkəzində işə qəbul etdirəcəyinə inandırıb ümumilikdə 20 min manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə, başqasını rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.
Bundan başqa, istintaq zamanı N.Quliyevin qulluq mövqeyindən istifadə edərək “Ayla LTD”, “Elvin İnşaat Servis” MMC-lərinin təsisçisi Ədalət Zaidov və Rauf Əzizov ilə əlbir olaraq Məhərrəm Əliyevin evini banka girov qoyub 100 min manat pul alacağını vəd edərək, buna görə banka ilkin olaraq 15 min manat pul ödənilməli olduğunu bildirib, onların vasitəsilə sonuncudan həmin məbləğdə pulu ələ keçirib dələduzluq etməsinə də əsaslı şübhələr müəyyənləşib.
İstintaqla, həmçinin N.Quliyevin Ə.Zaidov və R.Əzizov ilə birlikdə tikinti layihəsinin həyata keçirilməsi üçün pula ehtiyac olduğunu yalandan İlqar Qədimova bildirirək, 18 min manat pulu alıb təkrarən dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən olunub.
İş üzrə N.Quliyevə, Z.Məmmədova və Y.Məmmədova Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2-ci (dələduzluq təkrar törədildikdə), 178.2.3-ci (dələduzluq öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4-cü, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Y.Məmmədovun Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınıb, Ə.Zaidova isə həmin Məcəllənin 178.2.1-ci, 178.2.3-cü, 178.2.4-cü maddələri ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
İstintaqdan yayındığına görə R.Əzizov barəsində axtarış elan edilərək sonuncu barəsində cinayət işinin materiallarından başqa cinayət işi ayrıca icraata ayrılıb. Digərləri barəsində isə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin əməllərinin dairəsinin müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ölkə vətəndaşlarına müraciət edərək bildirir ki, Dövlət Agentliyi və tabeliyində “ASAN xidmət” mərkəzlərində işə qəbul şəffaf və qanunvericiliyə uyğun şəkildə həyata keçirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək həmin şəxslər tərəfindən rüşvət tələb olunması və digər qanunazidd hallarla qarşılaşdıqları halda bu barədə təxirəsalınmadan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və ya 361-11-76, 361-11-48 nömrəli telefonlara məlumat verilməsini xahiş edir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb