Bakı şəhər İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun sərəncamına əsasən Şəhər İcra Hakimiyyətində inventarlaşma işlərinin aparılması ilə bağlı komissiya yaradılıb. Bu barədə YeniAvropa-ya Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Yoxlamalar icra hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində tam və hərtərəfli şəkildə aparılacaq.
İnventarlaşdırma işləri normal hal sayılır və vaxtaşırı olaraq bütün idarə və təşkilatlarda keçirilir.