logo

7 müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıb

12:29 01-10-2018 | icon 2842
7 müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıb

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı”na uyğun olaraq, 6, 38, 81, 85, 119, 135 və 165 nömrəli müntəzəm marşrutlar müsabiqəyə çıxarılıb.

Bakı Nəqliyyat Agentliyindən YeniAvropa-ya bildirilib ki, Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması nəzərdə tutulub. Məqsəd, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı”nın müvafiq tələbinin icrasını təmin etməkdir. Həmçinin sərnişindaşımada keyfiyyətin artırılması da müsabiqənin əsas məqsədlərindəndir.

Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər. Ünvan: Bakı şəhəri Ziya Bünyadov 111.

Əlaqələndirici şəxs: Elvin Həsənov, telefon: 404-79-45 (daxili 2248).