logo

Oktyabr ayı üçün hava proqnozu açıqlanıb

19:33 29-09-2018 | icon 2562
Oktyabr ayı üçün hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, oktyabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal edilir. Birinci ongünlüyün ilk günlərində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

Departamentdən YeniAvropa-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 16-18° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Hərarət gecələr 12-17°, gündüzlər 19-24° isti, bəzi günlərdə isə 26-29° isti olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 17-23 mm) olacağı ehtimalı var.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 14-16° isti olacağı proqnozlaşdırılır. Bu da iqlim normasına yaxındır. Hərarətin gecələr 9-14°, gündüzlər 18-23°, bəzi günlərdə isə 26-31° isti olacağı bildirilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 19-32 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperatur 9-12° isti olacaq. Bu da iqlim normasına yaxındır. Hərarətin gecələr 4-9°, bəzi günlərdə 12° isti , gündüzlər 12-17°, bəzi günlərdə isə 19-21° isti olacağı proqnozlaşdırılır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-48 mm) olacağı bildirilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 13-15° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Hərarətin gecələr 12-17°, gündüzlər 19-24°, bəzi günlərdə isə 26-30° isti olacağı ehtimalı var.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (30-61 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 10-14° isti olacağı proqnozlaşdırılır. Bu da iqlim normasına yaxındır. Hərarət gecələr 8-13°, dağlarda 0-5°, gündüzlər 14-19°, bəzi günlərdə isə 22-25° isti olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 33-126 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 15-17° isti olacağı ehtimalı var. Bu da iqlim normasına yaxındır. Hərarətin gecələr 13-18°, gündüzlər 19-24°, bəzi günlərdə 25-30° isti olacağı proqnozlaşdırılır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 34-51 mm) olacağı bildirilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 11-16° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Hərarətin gecələr 12-17°, dağlarda 3-8°, gündüzlər 20-25°, bəzi günlərdə isə 28° isti olacağı ehtimalı var.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 96-274 mm) olacaq.