Yanvar ayından indiyədək Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Xəzər dənizinin Azərbaycana aid hissəsində və daxili su hövzələrində 10 hüquqi və 126 fiziki şəxs üçün 1087 ton kilkə, 88,7 ton siyənək və 397,1 ton axçalı balıqların ovuna kvota ayrılıb və balıqovlama biletləri verilib.
YeniAvropa xəbər verir ki, bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Suğra İbrahimli məlumat verib. Onun sözlərinə görə, bu müddətdə sənədləri qaydasında olmadığı üçün 2 fiziki şəxsə etiraz olunub.
S.İbrahimli qeyd edib ki, balıq və digər su bioresurslarının sənaye ovuna kvota və balıqovlama biletinin alınması balıqçılıq haqqında qanunvericiliklə tənzimlənir. Qanunvericiliyə əsasən balıq və digər su bioresurslarının sənaye ovu üçün balıqovlama bileti ödənişlidir və 1 il müddətinə verilir. Xariçi vətəndaşlar üçün balıqovlama biletinin məbləğ 2 dəfə artıqdır.
Nazirlik rəsmisi qeyd edib ki, bütün prosedurlar şəffaf şəkildə elektron qaydada həyata keçirilir.