Çində ilk “Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayıb
"Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması, yerli məhsulların satışı sahəsində fəaliyyətin bilavasitə həmin ölkələrdə təşkili və əlaqələndirilməsi məqsədilə xarici ölkələrdə ticarət evlərinin açılması prosesi davam edir.
YeniAvropa xəbər verir ki, sentyabrın 28-də Lucou şəhərində keçirilən “Çin Lucou Cənub-Qərb məhsullar sərgisi” çərçivəsində Çində ilk “Azərbaycan Ticarət Evi”nin açılışı olub.
Lucou şəhər rəhbərliyinin, Çinin ticarət və biznes qurumlarının nümayəndələrinin, iş adamlarının, sərgiyə qatılan xarici ölkələrin təmsilçilərinin iştirak etdikləri tədbirdə Çin Ərzaq Məhsullarının İxracı və İdxalı üzrə Ticarət Palatasının vitse-prezidenti Su Siaoxu qeyd edib ki, ölkələrimiz arasında tarixən yaranmış münasibətlər hazırda müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir. Çində “Azərbaycan Ticarət Evi” iqtisadi-ticari əməkdaşlığımızda yeni mərhələ olmaqla yanaşı, Azərbaycan məhsullarının Çin alıcılarına tanıdılması baxımından vacib rol oynayacaq.
Ölkəmizin Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı bildirib ki, Azərbaycan Çin ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir və ikitərəfli əlaqələrin bütün sahələr üzrə dərinləşməsində maraqlıdır. Hazırkı Azərbaycan-Çin əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslanan, yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirildiyini diqqətə çatdıran diplomat bildirib ki, dövlət başçıları İlham Əliyev və Si Cinpin arasında mövcud olan siyasi dialoq və ikitərəfli əlaqələrimizlə bağlı əldə etdikləri razılaşmalar bütün sahələrdə, xüsusilə də iqtisadi sahədə əlaqələrin dərinləşməsi üçün möhkəm özül rolunu oynayır.
Qeyd edək ki, Yancı çayının üzərində yerləşən və liman şəhəri olan Lucouda açılan “Azərbaycan Ticarət Evi”nin ümumi sahəsi 600 kvadratmetrdir. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki səfirliyinin və ticarət nümayəndəliyinin, Lucou şəhər hakimiyyətinin və “Eastern Allfriends” şirkətinin təşkilatçılığı ilə açılan “Azərbaycan Ticarət Evi”ndə ölkəmizdə istehsal olunan ixracyönümlü və rəqabət qabiliyyəli məhsullar, o cümlədən müxtəlif növ ərzaq və qeyri-ərzaq məhsulları, meyvə-tərəvəz və onlardan emal olunmuş məhsullar (meyvə şirələri, kompotlar, konservlər, mürəbbələr, turşular, bitki yağları), çay, mineral sular, spirtli içkilər və s. nümayiş olunur. Azərbaycan iri memarlıq nümunələrinin elementləri əsasında dizayn edilmiş ticarət evində məhsullarımızın səərgisi, topdan və pərakəndə satışı, habelə dequstasiyası həyata keçiriləcək. Bundan başqa, ticarət evi Azərbaycan məhsullarının Çin bazarında daha çox tanıdılmasına, ixracın təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcəkdir.
Mərasim iştirakçıları Azərbaycanın müstəqillik illərində qazandığı uğurlara həsr olunan filmə baxıblar.
Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı sərginin açılış mərasimində çıxış edərək, iki ölkə arasında münasibətlərin inkişafından, Azərbaycanın Çinin vilayətləri ilə iqtisadi, mədəni sahədə əməkdaşlığından danışıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb