logo

Zakir Qaralov: "Paytaxtda  96 tikinti obyekti ilə bağlı ciddi qanun pozuntusu aşkarlanıb"

12:02 28-09-2018 | icon 2681
Zakir Qaralov: "Paytaxtda  96 tikinti obyekti ilə bağlı ciddi qanun pozuntusu aşkarlanıb"

"Dövlət Şəhərsalma Arxitektura Komitəsi Baş prokurorluqla birgə Bakı şəhəri üzrə ciddi yoxlamalara başlayıb. Xətai, Binəqədi, Nəsimi və Yasamal rayonları üzrə 96 tikinti obyekti ilə bağlı ciddi qanun pozuntusu aşkarlanıb".

YeniAvropa xəbər verir  ki, bu barədə baş prokuroru Zakir Qaralov məlumat verib. Onun sözlərinə görə, toplanmış faktlar prokurorluq orqanlarına göndərilib.

Z.Qaralov bildirib ki, hazırda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində qanunsuz tikililərlə bağlı araşdırmalar davam etdirilir.