logo

 “Azeri Light”  83 dollaradək bahalaşıb

10:41 28-09-2018 | icon 2814
 “Azeri Light”  83 dollaradək bahalaşıb

Dünya birjalarında neftin qiyməti artmaqda davam edir.

YeniAvropa xəbər verir  ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar bahalaşaraq 82,98 dollar təşkil edib.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar bahalaşaraq 81,73 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,19 dollar artaraq 72,31 dollar olub.