logo

"Azərsu"yun fəhləsi torpaq uçqunu nəticəsində ölüb

22:30 27-09-2018 | icon 3864
"Azərsu"yun fəhləsi torpaq uçqunu nəticəsində ölüb

Abşeron rayonunda torpaq uçqunu zamanı fəhlə ölüb.

YeniAvropa "Report"a istinadla xəbər verir  ki, hadisə rayonun Masazır qəsəbəsində kanalizasiya xəttinin çəkilişi zamanı qeydə alınıb. 

Belə ki, 1990-cı il təvəllüdlü Elvin Mütəkəllim oğlu Sadıqov ehtiyatsızlıq nəticəsində torpaq uçqununun altında qalıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Onun "Azərsu" ASC-nin Tikinti idarəsinin əməkdaşı olduğu bildirilir.

Qeyd edək ki, ölən şəxs ailəlidir, iki azyaşlı övladı var.