logo

Bakıda yeni müntəzəm marşrut xətti təşkil edilib

19:01 27-09-2018 | icon 2289
Bakıda yeni müntəzəm marşrut xətti təşkil edilib

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan "Qobu Park" yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyat xidmətlərindən istifadəsini təmin etmək məqsədilə 194 nömrəli müntəzəm marşrut xətti təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən YeniAvropa-ya bildirilib ki, bu marşrut xətti vasitəsilə avtobuslar başlanğıc nöqtəsi Milli Onkoloji Mərkəzin yaxınlığındakı dayanacaq məntəqəsi olmaqla, "Qobu Park" yaşayış kompleksi istiqamətində sərnişinlərin daşınmasını həyata keçirəcək. Yeni marşrut xətti üzrə avtobuslar sentyabrın 29-dan test rejimində fəaliyyət göstərəcək.