Yaxın vaxtlarda İsveçrədən Azərbaycana 30 vaqon gətirilməsi planlaşdırılır.
YeniAvropa xəbər verir ki, bu barədə İX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində "Azərbaycan Dəmir Yolları QSC"nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
“Növbəti ilin ilk aylarında ölkəmizə 30 ədəd qatar gətiriləcək. Vaqonlar İsveçrənin Surix şəhərində istehsal olunur. Yeni qatarlarla Qarsa 10 saata , Ankaraya isə 20 saata çatmaq mümkün olacaq”, -deyə Cavid Qurbanov vurğulayıb.
Qiymətlərə gəldikdə isə, C.Qurbanov bildirib ki, bu haqda danışmaq hələ tezdir və gediş haqqı məsələsində digər ölkələrlə razılıq əldə etdikdən sonra bu haqda məlumat veriləcək.