Bakıda müşahidə edilən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 3 sağlam ağac kökündən çıxaraq aşıb.
YeniAvropa xəbər verir ki, bu haqda Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib. Onun sözlərinə görə, ağaclar Səbail, Nəsimi və Yasamal rayonlarinda aşıb:
"Yasamal və Səbail rayonlarında ağaclar təmiz əraziyə aşsa da, Nəsimi rayonunda (köhnə "Bakı" mehmanxanasının qarşısı, keçmiç "İliç" bağı) ağac dayanacağın üzərinə aşıb. Aşan ağaclar qarağac, qovaq və tut ağacları olub".
Şöbə rəisi ümumilikdə güclü küləklə əlaqədar Bakıda 30-a yaxın ünvanda ağacların budaqlarının sındığını söyləyib.
O.Məmmədov hazırda heyətin gücləndirilmiş iş şəraitində çalışdığını bildirib.