Azərbaycan, Rusiya və Monqolustan prezidentləri cüdo üzrə dünya çempionatını izləyirlər
Bakıda cüdo üzrə dünya çempionatı davam edir. Sentyabrın 27-də, çempionatın sonuncu – səkkizinci günündə qarışıq komanda yarışları keçirilir.
YeniAvropa xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev, Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Milli Gimnastika Arenasında keçirilən qarışıq komanda yarışlarını izləyirlər