Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 100 cinayət faktından 15-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş altı yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli səkkiz fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.