Hazırda Azərbaycanda Rusiya kapitallı 760 şirkət fəaliyyət göstərir.
YeniAvropa xəbər verir ki, bu barədə sentyabrın 27-də Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının Bakıda keçirilən iclasında iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
Nazir qeyd edib ki, Rusiya Azərbaycanın əsas tərəfdaşlarındandır: "Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollardan artıq investisiya yatırıb".