Cari ilin sonunadək Polşanın paytaxtı Varşavada Azərbaycan Ticarət Evinin açılması gözlənilir.
YeniAvropa xəbər verir ki, hazırda məkanda təmir işləri davam etdirilir və ilin sonunadək işlər tamamlanacaq.
Ticarət Evində Azərbaycanda istehsal olunan məhsullar, eləcə də ölkəmizin turizm və investisiya imkanları nümayiş olunacaq.