logo

“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb

09:02 26-09-2018 | icon 2744
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb

Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.

YeniAvropa xəbər verir  ki,  “Azerspace-2” peyki orbitə “Arianespace” şirkətinə məxsus “Ariane-5″ daşıyıcı raketi ilə göndərilib. Bu, “Ariane-5" raket daşıyıcısı üçün yubiley - 100-cü buraxılış olub. Onun göyərtəsində iki telekommunikasiya peyki – “Azerspace-2” və “Horizons 3e” var. İkincisi Yaponiyaya məxsusdur.

“Azerspace-2” peyki 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək və Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək.