Sentyabrın 26-da Xəzər dənizində 3,3 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 05:03:13-də qeydə alınıb.
Ocağı 60 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.