Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,35 dollar bahalaşaraq 83,56 dollar təşkil edib.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar azalaraq 81,81 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,15 dollar ucuzlaşaraq 72,13 dollar olub.