Sentyabrı 25-də Bakıda Azərbaycan-Türkiyə sahibkar qadınlarının sammiti keçirilib.
YeniAvropa xəbər verir ki, tədbir “PROAKTİV” və “Turkaz magazine” şirkətləri tərəfindən təşkil olunub. Beynəlxalq tədbir Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TUİB) və digər QHT-lər tərəfindən dəstəklənir.
Açılış mərasimində çıxış edən "Turkaz" şirkətinin rəhbəri Yeganə Quliyeva mövzunun aktuallığını vurğulayıb.
Milli Məclisin deputati Qənirə Paşayeva Azərbaycanda qadın sahibkarlığının inkişafından danışıb. O, qadın sahibkarların fəaliyyətinin əlaqələndirilməsində və əməkdaşlığının genişləndirilməsində belə görüşlərin mühüm rolunu qeyd edib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Aynurə Veysəlova, Azərbaycan da Qadın Sahibkarlığınin İnkişafi Assosiasiyasinin sədri Səkinə Babayeva, Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı və başqaları qadınların məşğulluğunun artırılmasında sahibkarlığın rolunu vurğulayıb, qadın sahibkarlığının genişləndirilməsinin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, son illər ölkəmizdə bu istiqamətdə aparılan siyasət uğurlu nəticələr verir.
Tədbir Türkiyənin tanınmış iş adami Ece Vahaboğlunun moderatorlugu ilə davam edib.