logo

Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib

12:31 24-09-2018 | icon 2807
Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib

Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib.

Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, qida, kənd təsərrüfatı, sənaye, tikinti və maliyyə sahəsində fəaliyyət göstərən 70-ə yaxın iş adamı və şirkət təmsilçiləri iştirak edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov Azərbaycan-Rusiya əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini, Rusiyanın ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğunu vurğulayıb. Səməd Qurbanov qeyd edib ki, 2016-cı ildə yaradılan Azərbaycan-Rusiya İşgüzar Şurasının əsas məqsədi Azərbaycan və Rusiya arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirməkdir. Bu məqsədlə Azərbaycan-Rusiya İşgüzar Şurası Rusiyanın analoji təşkilatı olan Rusiya-Azərbaycan İşgüzar Şurası ilə yaxından əməkdaşlıq edir və iş adamlarının iştirakı ilə işgüzar şuraların mütəmadi olaraq birgə iclasları keçirilir. Bununla belə, mövcud potensial nəzərə alınaraq ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün yeni mexanizmlərin tətbiqi istiqamətində tədbirlər davam etdiriləcək.

Sonra Azərbaycan-Rusiya İşgüzar Şurasının rəsmi internet saytı və loqosunun təqdimatı keçirilib.

Tədbirdə iş adamlarının çıxışları dinlənib, şuranın fəaliyyətinə dair sahibkarları maraqlandıran suallar cavablandırılıb.