logo

Bozdağ palçıq vulkanı ərazidəki çatların dərinliyi 80 metrə çatır

19:11 23-09-2018 | icon 2513
Bozdağ palçıq vulkanı ərazidəki çatların dərinliyi 80 metrə çatır

Bakıda  Qaradağ rayonunda vulkan püskürən ərazidə çatların dərinliyi 80 metrə çatır.

YeniAvropa xəbər verir  ki,  bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev Otman-Bozdağ palçıq vulkanı püskürmüş ərazidəki son vəziyyətlə bağlı məlumat verərkən bildirib.

Onun sözlərinə görə, ərazidə xeyli çatlar əmələ gəlib: “Bəzi yerlərdə çatlar 80 metr dərinliyə çatıb. Çatların əmələ gəldiyi ərazi 5 hektarı əhatə edir”.

Nazirlik rəsmisi qeyd edib ki, son dayanacaq nöqtəsindən Ümid qəsəbəsinə olan məsafə 2 kilometrdir: “Heç bir təhlükə yoxdur”.