Yağış suları paytaxtda nəqliyyatın hərəkətinə maneələr törədib
10:57 23-09-2018
|
3346
Payızın ilk günündə səhər saatlarında paytaxtda yağan güclü yağış nəinki yerüstü nəqliyyatın, eləcə də Bakı Metropoliteni üçün də müəyyən problemlər yaradıb. Belə ki, metropolitenin bəzi stansiyalarının, konkret olaraq “Memar Əcəmi”nin keçidini su basıb.
Həmçinin paytaxtın əsas küçələri və prospektləri yağış suları altında qalıb. Küçələrdə uzun tıxaclar əmələ gəlib. Hətta bəzi küçələrdə avtomobillərin hərəkəti tam dayanıb.