logo

Leysan yağışlar ölkənin elektrik şəbəkələrində bəzi fəsadlar yaradıb

11:23 23-09-2018 | icon 6615
Leysan yağışlar ölkənin elektrik şəbəkələrində bəzi fəsadlar yaradıb

Ölkə ərazisinde hava şəraitinin kəskin dəyişməsi Şimal Qərb ve Cənub Regional Elektrik Şəbələrində bəzi fəsadlara səbəb olub. Elektrik verilişi xətlərində "Azərişıq" ASC-nin əməkdaşları qabaqlayıcı təbdirlər görüb, yaranan qısa fasilələri operativ aradan qaldırıblar.

YeniAvropa xəbər verir  ki, bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

O bildirib ki, Baki Binəqədi rayonu Xutor qəsəbəsində yerləşən 97 saylı yarımstansiya güclü yağışın yaratdığı sel sularına məruz qalıb, Nəsimi və Nərimanov rayonlarının Cavadxan ve Hacıbəyli küçələrinin yaşayış massivlərində səhər saatlarında qısamuddətli fasilə yaranıb.