logo

Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan İncəsənət Mərkəzi açılıb

17:11 22-09-2018 | icon 2394
Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan İncəsənət Mərkəzi açılıb

Bakının Xətai rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan İncəsənət Mərkəzinin açılışı olub.

YeniAvropa xəbər verir  ki, açılış mərasimində “Mübariz olaq” adlı rəsm sərgisi də təşkil edilib.

Tədbiri layihənin rəhbəri Elnurə İsgəndərova açaraq qonaqlara yeni mərkəz barədə geniş məlumat verib.

Belə bir məkanın Milli Qəhrəmanın adını daşımasının qürurverici olduğunu söyləyən İncəsənət Mərkəzinin direktoru Namiq Əliyev bu işdə onlara dəstək verən hər kəsə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edənlər qəhrəmanımızın adını yaşatmaqla yanaşı, belə məkanların gənclərimizin vətənpərvər ruhda yetişməsində çox önəmli rol oynadığını bildiriblər.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgidə təsviri sənətin bütün növləri üzrə peşəkar və həvəskar 100-ə yaxın rəssamın 150-dən çox əsəri nümayiş edilib.