Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan "Bakcell" şirkəti “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb.
YeniAvropa xəbər verir ki, şirkət 2018-ci ilin I və II rübü üzrə nüfuzlu “Ən sürətli mobil şəbəkə üzrə Speedtest mükafatı”nın qalibi olub. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.
Sınaq müddəti ərzində “Ookla” şirkəti ölkədə ən sürətli mobil şəbəkəni müəyyən etmək məqsədilə Azərbaycanın bütün mobil operatorlarının abunəçiləri tərəfindən iOS və Android platformalarında çalışan cihazlardan “Speedtest” mobil əlavəsi vasitəsilə həyata keçirilmiş sınaqları müqayisə edib. Nəticələrə əsasən, "Bakcell" şəbəkəsi bütün ölçülən kateqoriyalar üzrə ən yüksək “Speed test” ballarını toplayıb. Bununla da təsdiq edilib ki, "Bakcell" şəbəkəsi ölkədə ən yüksək orta yükləmə sürəti və ən aşağı gecikmə müddətinə (latencytime) malikdir. Mobil şəbəkələrin sınaq və təhlili sahəsində dünyanın ən nüfuzlu qurumu tərəfindən toplanmış bu məlumat Azərbaycandakı istifadəçilərin 18 000 ayrı-ayrı unikal cihaz vasitəsilə həyata keçirilmiş 80 000 sınaq (Speedtest platforması üzərindən) əsasında formalaşıb.
“Biz qürur duyuruq ki, şəbəkə sınaqları və təhlili sahəsində dünya lideri tərəfindən şəbəkəmizin üstünlüyü bir daha da təsdiq edilib. "Bakcell" şəbəkəsi ölkənin mobil telekommunikasiya bazarında ən sürətli şəbəkədir və biz çox sevinirik ki, zəhmətimiz və gördüyümüz işlər abunəçilərimizə rahatlıq və məmnunluq gətirməkdədir. Bu liderliyi qorumaq və xidmətlərimizi daha da təkmilləşdirmək üçün əlimizdən gələni edirik. Bakcell bundan sonra da bazarda ən üstün və ən sürətli mobil şəbəkə ilə yanaşı ən innovativ və misilsiz müştəri təcrübəsini öz abunəçilərin ixtiyarına verməyə davam edəcək”,- deyə "Bakcell" şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.
Qeyd edək ki, sınaq müddəti ərzində hər üç yerli mobil operatorun nəticələri müqayisə olunub və "Bakcell" şirkəti LTE funksiyalı cihazlarda orta yükləmə sürəti 31.95 Mbps, orta məlumat göndərmə sürəti isə 11.75 Mbps olmaqla ümumi 27.93 bal (SpeedScore™) toplayaraq ölkədə ƏN SÜRƏTLİ mobil şəbəkə adını qazanıb.
““Speedtest Intellingence” məlumatları veb və mobil “Speedtest” platformaları vasitəsilə milyonlarla abunəçi tərəfindən aparılmış sınaqlar vasitəsilə əldə olunur. Azərbaycanın bütün provayderləri üzrə məlumatlar ölkə ərazisində aparılan sınaqlara əsaslanaraq “SpeedtestIntellingence”də öz əksini tapır. Biz təsdiq edirik ki, həmin nəticələr “Bakcell”in “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” olmasının bariz göstəricisidir. Bizim metodologiyalarımız bütün dünyada telekommunikasiya sənayesinin standartı kimi qəbul olunur və bununla da biz "Bakcell" şirkətinin bu mükafata tam layıq olmasını bir daha təsdiq edir və Azərbaycanın ən sürətli mobil şəbəkəsi statusunu qazanması münasibətilə "Bakcell" şirkətini təbrik edirik”,- deyə "Ookla" şirkətinin baş direktoru Douq Suttles bildirib.
Speedtest.net – internetdən istifadə üzrə bağlantı sürəti və gecikmə müddəti kimi əmsalların pulsuz təhlilini həyata keçirən veb xidmətdir. Bu xidmət Ookla şirkəti tərəfindən 2006-cı ildən pulsuz olaraq göstərilir. Bu günə qədər 21 milyarddan artıq sınaq ilə Ookla məlumatları dünyanın bütün ölkələrini əhatə edir. "Ookla" şirkətinin “Speedtest” mobil əlavəsi Google PlayStore və AppStore mobil dükanlarından 100 milyon dəfədən çox yüklənib.
7000-dən artıq baza stansiyası vasitəsilə "Bakcell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən "Bakcell" şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə (“Bestin Test”) adına layiq görülüb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb