logo

Azərbaycanlı iş adamı Etimad İsmayılov dəfn edildi

15:56 21-09-2018 | icon 2842
Azərbaycanlı iş adamı Etimad İsmayılov dəfn edildi

Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılov bu gün dəfn edilib. O, Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb. 

YeniAvropa xəbər verir  ki, bu gün səhər  Etimad İsmayılovla vida mərasimi keçirilib.  Mərasim partiya sədrinin Nardarandakı bağ evində təşkil olunub. Yas məclisinə mərhumun yaxınları ilə bərabər ölkənin tanınmış şəxsləri də qatılıb. Onların arasında keçmiş ANS-in prezidenti Vahid Mustafayev, şair Ramiz Rövşən, ADP sədri Sərdar Cəlaloğlu, akademik Rafiq Əliyev də olub.

Mərhum E. İsmayılovun cənazəsi ata evindən götürülərək Nardaran qəbiristanlığında aparılıb.

Xatırladaq ki, o, Türkiyədə yaşayan məşhur jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi.