Bu günədək Türkiyəyə TANAP-la 198 milyon kubmetr “Şahdəniz” qazı nəql edilib.
YeniAvropa xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə məlumat verib.
Xatırladaq ki, bu il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb.