Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 46 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqədar 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.