logo

Buzovnada “Opel”i qaçıran yeniyetmə Nəsimi rayonunda saxlanılıb

10:50 26-02-2024 | icon 721
Buzovnada “Opel”i qaçıran yeniyetmə Nəsimi rayonunda saxlanılıb

Fevralın 24-də gecə saatlarında Buzovna qəsəbəsi ərazisindən “Opel” markalı avtomobilin qaçırılması barədə Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən yeniyetmə Nəsimi rayonu ərazisində avtomobillə saxlanılıb.

Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.