Laçına mövsümün növbəti qarı yağır, dağlar qoynunda yerləşən diyar yenidən ağ örpəyə bürünüb.
YeniAvropa xəbər verir ki, ötən gündən dumanlı hava şəraiti müşahidə olunan Laçında, gecə saatlarından etibarən qar yağmağa başlayıb. Qısa müddətdə qarın hündürlüyü 2-3 santimetrə çatıb .
Hazırda rayon ərazisində qarın yağması davam edir.