Xocalıda kütləvi məzarlıq aşkar edilib
İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması barədə fevralın 21-də Xocalı Rayon Prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Baş Prokurorluğun peşəkar əməkdaşları hadisə yerinə ezam olunmaqla, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib.
Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir.
Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Axtarış işləri tam yekunlaşdıqdan və müvafiq ekspertiza nəticələri müəyyən olunduqdan sonra ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov