logo

Yardımlıda külli miqdarda narkotik maddə aşkarlanıb

16:57 20-09-2018 | icon 2534
Yardımlıda külli miqdarda narkotik maddə aşkarlanıb

Yardımlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ərus kəndi ərazisində içərisində narkotik olduğu şübhə doğuran salafan torba tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, ekspertizaya təqdim edilən 1 kiloqram 835 qramlıq həmin maddənin heroin olduğu müəyyənləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin narkotik maddənin məxsus olduğu şəxs qısa zamanda tapılıb. Narkotiki ora ataraq qaçmaqda şübhəli bilinən Cəlilabad rayon sakini Rəşad Əzizov təxirəsalınmaz tədbirlərlə saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.