logo

Jurnalist Sevil Nuriyeva ərinin qətli haqda

16:08 20-09-2018 | icon 2856
Jurnalist Sevil Nuriyeva ərinin qətli haqda

“Mən indi heç bir şey bilmirəm. Bu haqda danışmağa da gücüm yoxdur”. 

YeniAvropa xəbər verir  ki, bunu ötən gün Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun həyat yoldaşı, tanınmış jurnalist Sevil Nuriyeva qafqazinfo-ya açıqlamasında deyib.

Göz yaşlarını saxlaya bilməyən S.Nuriyeva hisslərini belə ifadə edib: “Elə bil dünya yıxılıb altında qalmışam”.

E. İsmayılov 1969-cu il iyunun 22-də anadan olub. S. Nuriyeva ilə 2011-ci ildə ailə həyatı qurub. Dostları onların böyük sevgi hekayələrinin olduğunu bildirib.

Cütlüyün qovuşması da asan olmayıb. Belə ki, S. Nuriyeva  ilə E. İsmayılov  gənc yaşlarından bir-birini seviblər. Ancaq ailələr arasındakı anlaşılmazlığa görə qovuşa bilməyiblər. Böyük bir eşq yaşayan Nuriyeva ilə İsmayılov bir müddət, hətta ayrılıq qərarı alıblar.

Daha sonra 2008- ci ildə E. İsmayılov həbs edilib. Belə ki,  o, Bakıdan Moskvaya qayıdarkən hava limanında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Çelyabinskə aparılıb. E. İsmayılov qanunsuz şəkildə həbs edildiyini bildirmişdi. Hüquqi müstəvidə apardığı mübarizədən sonra 2011-ci ildə Rusiyaya buraxılmamaq şərtiylə azadlığa çıxmışdı.

42 yaşında evlənən E. İsmayılov ailə həyatı qurduqdan sonra S. Nuriyeva ilə birlikdə Türkiyəyə köçərək orada yaşayıb. Onların 2014- cü ildə İlyas (Etimad İsmayılovun atası İlyas İsmayılovun adını daşıyır) adlı oğlanları dünyaya gəlib.