logo

Bakıda məsciddə yanğın olub

09:29 21-02-2024 | icon 735
Bakıda məsciddə yanğın olub

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 300 kvadratmetr olan birmərtəbəli məscid binasının yanar konstruksiyaları 32 kvadratmetr sahədə yanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məscidin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.