logo

İmişlidə itkin düşən 11 yaşlı oğlanın axtarışları davam edir

12:12 20-02-2024 | icon 1428
İmişlidə itkin düşən 11 yaşlı oğlanın axtarışları davam edir

Ötən il dekabrın 26-da İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir.

FHN-nin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, hazırda nazirliyin Mülki müdafiə qoşunları, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunmaqla uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Ümumilikdə axtarış-xilasetmə əməliyyatlarına 75 nəfərdən ibarət şəxsi heyət, 2 xüsusi təlim görmüş it, 13 ədəd xüsusi texnika və nəqliyyat vasitəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.