Sabunçu rayon Polis İdarəsinin 14-ci Polis Şöbəsinin əməkdaşlarınin daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir zamanı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə axtarışda olan Bilgəh qəsəbəsi sakini 1995-ci il təvəllüdlü Mirzə Mirzəyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, həmin şəxsdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar olunaraq götürülüb. M.Mirzəyev silah-sursatı satmaq niyyəti ilə özündə saxladığını bildirib.
Həmçinin, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlərin nəticəsi olaraq daha 7 ədəd müvafiq sənədləri olmayan ov silahı vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.