Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Bakı şəhər sakinləri Vüqar Kərimov, Eltac Quliyev, Vadim Abramov, Sumqayıt şəhər sakini Elşən Quliyev və Quba rayon sakini Tural Əliyev saxlanılıb.
Həmin şəxslərin üzərilərinə baxış keçirilən zaman 2 kiloqramdan artıq narkotik vasitə olan marixuana, eləcə də “Kalaşnikov” markalı 2 avtomat, 1 tapança aşkarlanaraq götürülüb.
Bütün faktlarla bağlı Quba rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Tural Əliyevin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri, digər şəxslərin barələrində isə həbs qətimkan tədbiri seçilib.