logo

İndiyədək 3268 qəbiristanlıq bələdiyyələrə təhvil verilib

14:14 19-02-2024 | icon 672
İndiyədək 3268 qəbiristanlıq bələdiyyələrə təhvil verilib

Respublikamızda ümumilikdə 4204 qəbiristanlıq var. İndiyədək onların 3268-i bələdiyyələrə təhvil verilib.

YeniAvropa xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında Ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.

O bildirib ki, 900 qəbiristanlıqdan çoxu təhvil verilməyib. Bunun da bir çox səbəbləri var. Belə ki, onların çoxlarının xəritələri tam dəqiq olmadığından işi tam başa çatdırmaq mümkün deyil. Orada olan əmlakların bəzilərinin isə mülkiyyət sənədləri yoxdur, indiyədək alınmayıb.