logo

Yanvarda 831 kq narkotika dövriyyədən çıxarılıb

11:33 19-02-2024 | icon 1099
Yanvarda 831 kq narkotika dövriyyədən çıxarılıb

Cari ilin yanvar ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 831 kiloqram 021,607 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 22 milyon 476 min AZN kimi qiymətləndirilir.

YeniAvropa xəbər verir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar ayının yekununa dair məlumatında əks olunub.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 29 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 422 kiloqram 862,838 qram və 690 ədəd həb metadon müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 27-si qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 187 kiloqram 290,6 qram narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

109 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 133 kiloqram 013,1 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə olunub.