logo

Faktiki hava: bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır

10:50 16-02-2024 | icon 1330
Faktiki hava: bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır

Fevralın 16-sı saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya bildirilib ki, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır.

Qar örtüyünün hündürlüyü: Şahbuzda 2 santimetr, Xınalıq, Şahdağ, Xaltan, Qrızda 1 santimetrdir.

Göygöl, Naftalan, Şəmkir, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Cəfərxan, Quba, Qusar, Şabran, Xaltan, Tərtər, Gəncə, Göyçay, Yardımlı, Lerik, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunur və görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 3-6 dərəcə isti, (dağlıq ərazilərdə 2 dərəcəyədək şaxta), Aran rayonlarında 5-7 dərəcə isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta var.