Milli Hidrometeorologiya Xidmətinin fevralın 15-i saat 12:00-a olan məlumatına əsasən, şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur.
Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası, Biləsuvar, Şəki, Oğuz, Zaqatalada yağış, Şahdağda isə qar yağır.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Naxçıvan Muxtar Respublikasında 10, Aran rayonlarında 11, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək istidır.