Bakı şəhər sakini Rahib Nuriyev Qusar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, həmin şəxsin üstündən Qusar rayonuna satmaq məqsədilə gətirdiyi bir ədəd “Kalaşnikov” markalı avtomat, bir ədəd patron darağı və 30 ədəd güllə aşkar edilərək götürülüb.
Faktla bağlı Qusar rayon Polis Şöbəsində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rahib Nuriyevin barəsində həbs qətimkan tədbiri seçilib.